Azərbaycanda 10 nəqliyyat vasitəsi özəlləşdirilib

17:44 - 9 Avqust 2022 - Xəbər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, avtomobillərə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3 500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6 035 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/sXJT9

Növbəti hərraclar 16, 23, 30 avqust tarixində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılacaq.

Xəbər xətti