"Ukraynada "Bayraktar" zavodu tikilərsə vuracağıq"

14:00 - 9 Avqust 2022 - DÜNYA

"Ukraynada “Bayraktar” zavodu tikilərsə, həmin zavod demilitarizasiyaya məruz qalacaq."

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

"Belə bir obyektin yaradılması faktı, əlbəttə ki, dərhal demilitarizasiya mövzusuna düşür. Bu, yəqin ki, yalnız ukraynalıların əzablarını artıracaq, lakin xüsusi hərbi əməliyyatın məqsədindən yayınmağa kömək etməyəcək" - o, qeyd edib.

Qeyd edək ki, Ukraynada Türkiyənin "Bayraktar" PUA-larının istehsalı və texniki xidməti üçün zavod tikiləcəyi məlumatları yayılıb. 

Xəbər xətti