Türkiyənin turizm şəhərləri ilə bağlı XƏBƏRDARLIQ - FOTO

19:26 - 8 Avqust 2022 - DÜNYA

Türkiyənin Meteorologiya İdarəsi İzmir və Antalya daxil olmaqla 11 şəhər üçün “sarı” xəbərdarlıq edib.

Bunlar Afyonkarahisar, Antalya, Aydın, Burdur, Denizli, İsparta, İzmir, Kütahya, Manisa, Muğla və Uşakdır.

Səlahiyyətlilər sel, daşqın, şimşək çaxması və nəqliyyatın işinin dayanması kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq ediblər.

Proqnoza görə, bu gün günorta saatlarından etibarən Daxili Egey və Qərbi Aralıq dənizinin daxili seqmentlərində güclü leysan xarakterli yağış gözlənilir.///oxu.az


Xəbər xətti