Ana səhifə
21 Sentyabr 2018

AMİ-də narkomaniya ilə bağlı tədbir keçirilib - FOTOLAR

Ucnoqta.az” xəbər verir ki, Oktyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunda Nərimanov Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekrusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”-nın icrası ilə bağlı rayon müşavirəsi keçirilib.

 

Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, anti-narkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi kimi digər məsələlər olub.

 

Müşavirədə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri İradə Mahmudova, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserin həkim narkoloqu Asif Məmmədli, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, Bakı Şəhər Narkoloji Dispanserin həkimi Elçin Aslanov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə, Nərimanov Rayon Prokurorluğunun və Polis İdarəsinin məsul işçiləri çıxış ediblər. 

 

Çıxış edənlər bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıblar.

 

Sonda tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

AMİ-nin Mətbuat və informasiya şöbəsi

 

Tarix
18 Oktyabr 2014 [22:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin