Ana səhifə
18 Noyabr 2018

Regionlardaaqrar sektorun inkişafı sürətlə gedir

GÖRÜLƏN İŞLƏRİN UĞURLU ALINMASI ÜÇÜN SAHİBKARLARA KÖMƏK GÖSTƏRİLİR, KREDİTLƏR VERİLİR

REGİONLARDA sənaye inkişafı sürətlə gedir. Artıq bir neçə sənaye mərkəzi müəyyən edilib. Hər bir rayonda sənaye zonası yaradılması nəzərdə tutulur. Birinci zona Neftçalada yaradılır. Bu yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. İndi başqa rayonlarda da buna oxşar zonalar yaratmalmalıdır.Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialı bir yerdə inkişaf etsin.

Qeyd edək ki, bu il “Kənd təsərrüfatı” ili elan edilib. Bu ilk növbədə regionların inkişafına təkan verəcək. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - əhalinin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi ölkə üçün prioritetdir. «Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.
Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək. Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir»,-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Aqrar sektorda uğurların əldə olunması üçün isə çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Buna nail olunsa, onda həm şəffaflıq olar, həm də dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılıb. Ona görə hər şeyi yenidən tənzimlənməlidir. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətdir. «Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir.
Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub, kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır. Bu işlər əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.
Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri müəyyən etməlidir»,- dövlət başçısı deyib.

Aydındır ki, görülən işlərin uğurlu alınması üçün sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki, sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var. Yoxsa burada da müəyyən problemlər yarana bilər. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik. «Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir»,-dövlət başçısı bildirib.

(ardı var)

Tarix
16 Aprel 2015 [12:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin