Ana səhifə
23 Sentyabr 2018

Kürdəmir sakinləri pulsuz müayinə olunub - FOTO

Ucnoqta.az” xəbər verir ki, Kürdəmirin Mollakənd kənd sakinləri pulsuz müayinədən keçib. Bu xeyriyyə aksiyası Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

 

 

Aksiya zamanı  ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Mollakəndə gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.

 

Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dossent Əfəndiyev Tərlan, terapevt-kardioloq Zeynalov Fikrət, pediatr Nəsirova Səbahət, nevropa toloq Musayeva Aygün, onkoloq Cəfərova İnarə, ginekoloq Əliyeva Pərvanə, oftalmoloq Əlizadə Leyla və USM həkimi Əliyeva Səidə iştirak ediblər.

 

 

 

Tarix
18 Oktyabr 2014 [22:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin