Ana səhifə
15 Noyabr 2018

Facebook qalmaqalın içində

“Facebook” sosial şəbəkəsi ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) idarənin apardığı təhqiqatlar çərçivəsində saxta hesablardan istifadə etməməsinə zəmanət tələb edib. 

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Co Sallivan “DEA” administrasiyasına ünvanladığı məktubda bildirib ki, hüquq-mühafizə orqanları digər istifadəçilər kimi eyni qaydalara riayət etməlidir. Xidmət rəisi vurğulayıb ki, qaydalara yalan informasiyadan istifadədən imtina daxildir. 

C.Sallivan “DEA”-ya məktubu Nyu-York sakini olan qadının şikayətindən sonra göndərib. Qadın deyib ki, idarə agentləri onun adından və fotoşəklindən istifadə edərək saxta səhifə yaradıblar.

Qadının sözlərinə görə, fotoşəkillər 2010-cu ilin iyulunda onun narkotik saxlamasına görə həbsi zamanı mobil telefonun yaddaşından götürülüb. Saxta səhifədən “DEA”-nın apardığı təhqiqat zamanı istifadə olunub. Zərərçəkmiş mənəvi ziyana görə 250 min dollar tələb edir. 

ABŞ Ədliyyə Nazirliyi insidenti araşdıracağını bildirib. Bununla belə, nazirlik nümayəndəsi Brayan Fellonun qeyd edib ki, bu, bizim federal hüquq-mühafizə orqanları arasında geniş yayılmış praktika deyil, - “RBK” yazır.(ANS PRESS)

Tarix
18 Oktyabr 2014 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin