Ana səhifə
17 Noyabr 2018

Ara mahnıların efirdə səslənməsinin fəsadları

Zeynal Məmmədli: “Kanal müəyyən dövr tamaşaçı auditoriyasının azalmasına getməli, daha ciddi musiqilərə yer verməlidir”

Vüsalə Kərimova: “O adamlar sənətkar yox, sənətdən kardırlar”

Son vaxtlar bəzi şou tipli verilişlərdə toy mahnılarını dinləməyə məcbur oluruq. İnsan özünü sanki hansısa şou verilişin izləyicisi kimi deyil, toy şənliyində hiss edir. Media eksperti Zeynal Məmmədli “Üç nöqtə”yə bildirdi ki, efir məkanında, şou tipli verilişlərdə toy və yaxud da ara mahnılarının səsləndirməsi kütlənin musiqi zövqünün mənfi formalaşmasına təsir edir: “Toy mahnıların səslənməsinə yanaşma tərzi fərqlidir. Təbii ki, verilişlərin səviyyəsini yüksəltmək və insanların musiqi mədəniyyətini yaxşılaşdırmaq üçün ciddi mahnılara üstünlük verməliyik. Digər tərəfdən də, toy müğənnisinə sərhəd və qadağa qoymaq olmaz ki, toyda səsləndirdiyin mahnını efirdə səsləndirmə. Çünki bu, özünü ifadə azadlığının məhdudlaşmasına səbəb ola bilər. Nəyəsə qadağa qoymaq nəticə etibarilə qadağa qoymaq deməkdir və düzgün deyil. Amma yaxşı nümunə, örnək göstərərək elə verlişlər hazırlamaq lazımdır ki, ictimai rəy ona yönəlsin. Bu formaşdıqdan sonra digər televiziyalar da məcbur olsun bu tipli veriliş hazırlasınlar, ara mahnılarına yer verilməsinlər. Bu da artıq kanalın proqram siyəstidir. Hətta kanal müəyyən dövr tamaşaçı auditoriyasının azalmasına getməli, daha ciddi musiqilərə yer verməli və tədricən bu halı genişləndirməlidir”.
Z.Məmmədlinin sözlərinə görə, özünü ifadə azadlığı baxımından əgər mahnı millətlərarası, dinlərarası ədavət yaratmırsa, müharibə təbliğatı aparmırsa, o mahnıya qadağa qoymaq olmaz: “Yenə deyirəm, elə  verilişlər hazırlamaq lazımdır ki, digər kanalllar da məcbur olub yüksək səviyyəli verilişlər hazırlasınlar. Bu da birici növbədə tamaşaçı auditoriyasından asıldır. Birincisi, auditoriya, izləyicilər öz etirazlarını faktlarla bildirməlidir. İkincisi, cəmiyyətin irəli gedən təbəqəsi bu halın cəmiyyəti hara sürüklədiyinə diqqət etməlidr. Üçüncüsü, Milli Televiziya və Radio Şurası elə tenderlər elan etməli və maliyyə ilə bağlı həvəslədirmə aparmaldır ki, o tipli verilişlər əlverişli olsun. Dördüncüsü, sponsorlara, reklamçılara ciddi musiqiyə pul vermək üçün vergi güzəştləri olunmalıdır. Bu kimi  güzəştləri təqdim etmək lazımdır ki, onlar da «kütlə filan mahnıları yaxşı qarşılayır və onu təqdim edirik» fikri ilə deyil, «mənə vergi güzəşti edin, puluma qənaət edim, yaxşı verilişlərə sponsorluq edim və məhsulumu reklam edim» fikri ilə razılaşsınlar. Güzəşt olduqdan sonra bu tipli verilişlərə sponsorluq edəcəklər. Bu, kompleks işdir və belə təqdim olunmursa deməli hay-küydür. Elə bil ki, “qazanın ağzını açırsan buxarı çıxır, sakitləşir və sonra buxar yenidən dolur”.  
Media ekperti dedi ki, ilk əvvəl tamaşaçının zövqünün necə formalaşmasını araşdırmaq lazımdır: “Sözsüz ki, orta azərbaycanlı tamaşaçısının səviyyəsini bilmək lazınmdır ki, ciddi qruplar gəlirmi, buna tələbat varmı, hansı konsert proqramları gedir, tamaşalara, sərgilərə, sənətə meyillilik nə dərəcədədir? Amma onu da deyim ki, yuxarıda qeyd etdiyim hallarda vəziyyət elə də ürəkaçan deyil və bunu heç cür danmaq olmaz. Bu tipli verilişlər insanları kütlələşdirir. Hamı eyni şeyi xoşlayır, eyni şeydən həzz alır və bununla insanın fərqliliyi, indivuduallıq itir. İndivuduallığın itməsi cəmiyyətdə yaradıcılıq baxımından çox böyük təhlükə və fəlakətdir. Dolayısı ilə cəmiyyətin bütün sahəsinə təsir edir. Ciddi musiqi ilə məğşul olan var, amma cəmiyyətdə ona tələbat olmadığı üçün o, bu istəyindən vaz keçir. Opera müğənnisi ilə toy müğənnisinin dolanış səviyyəsi eynidirmi? Yox. Bu sahənin üzərində ciddi işləmək lazımdır”. 
Teleaparıcı Vüsalə Kərimova qeyd etdi ki, toy mahnılarının efirdə səslənməsinə yaxşı baxmır: “Çünki efir sənət tələb edir, toyxana deyil. Hər zaman öz verilişimdə də toy mahnıları ifa ediləndə müğənniləri qınayıram. Əslində, toy mahnıları deyəndə bütün şən mahnılar nəzərdə tutulmur. Toy mahnısı deyəndə “Can cana” tipli mahnıları nəzərdə tuturam. Kimlərsə haradansa oğurluq edib mahnı yazırlar və bununla da efirə çıxıb pul əldə etmək istəyirlər. Ümumiyyətlə, öz verilişimdə çalışıram ki, toy mahnıları olmasın. Çünki zövqümüzü korlamaq olmaz. Düzdür, deyək ki, tamaşaçı o tipli mahnılara qulaq asır, oynayır. Amma bu o demək deyil ki, o mahnıları efirdə nümayiş etdirməliyik. O  tipli mahnlar üçün toy var, getsinlər, oynasınlar və dinləsinlər. Mən müğənniləri qınayan zaman incik düşən də, özünü incik düşməyən kimi göstərib çox inciyənlər də olur. Amma bu, mənim üçün maraqlı deyil. Çünki səhvlərimizi görməli və bildirməliyik. Mən də hansısa bir səhvi etsəm bildirsinlər. Həm də, o cür ifa edən müğənnini tərifləyə bilmərəm. Mən necə “Can cana” mahnısını efirdə oxuyan bir adama deyim ki, sən “şedevr” yaratmısan. O mahnını oxuyan insan sənətkar olsaydı o mahnını deyil, sənətə aidiyyatı olan mahnını oxuyardı. O adamlar  sənətkar yox, sənətdən kardırlar. İstəmirəm ki, biz də onlara qoşulub kar olaq”.


Rəqsanə

Tarix
15 Aprel 2015 [18:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin