Ana səhifə
18 Noyabr 2018

Dövlət Müstəqilliyi Günü Berlində də qeyd olundu

Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü soydaşlarımızın iştirakı ilə qeyd edilib.
Ucnoqta.az  AzərTAc-a istinadən bildirir ki, AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova tədbirdə çıxış edərək 23 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışıb. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğulayan S.Patzer-İsmayılova Azərbaycan diasporunun rolunu da qeyd edib.
Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonda rejissor Elçin Musaoğlunun Azərbaycanın müstəqillik yolundan bəhs edən “40-cı qapı” filmi nümayiş etdirilib.

Tarix
18 Oktyabr 2014 [21:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin