Bişmiş qarğıdalının faydaları

15:45 - 24 İyul 2022 - DİGƏR

Qarğıdalı Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş yayılmışdır. Dərman məqsədilə yağından və saçaqlarından istifadə olunur.

Saçaqların tərkibində K vitamini, askorbin və pantoten turşuları, karotinoidlər, saponinlər, qətran maddələri, efir yağları və s. vardır. Xalq təbabətində qarğıdalı saçaqlarından duru ekstrakt və dəmləmə şəklində xolesistitlərin və hepatitlərin müalicəsində ödqovucu, böyrəklərdə daş olan zaman sidikqovucu kimi, eləcə də qankəsici dərman kimi istifadə olunur.

Ödqovucu təsiri:

20 qr qarğıdalı saçağını 1 stəkan suda 1 saat qaynatmaq və süzmək lazımdır. Bu mayedən gündə 4 dəfə 2 xörək qaşığı içmək məsləhətdir.

Sidikqovucu kimi:

1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 200 ml su tökülür. Qaynar su hamamında 20 dəq qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 50 ml yeməkdən əvvəl içilir.

Aterosklerozda:

Qarğıdalı yağı orqanizmdə lipid mübadiləsinə müsbət təsir göstərir, aterosklerozun müalicə və profilaktikasında istifadə edilir. Qarğıdalı yağından bu məqsədlə hər gün 75 qr qəbul etmək məsləhətdir. ///medicina.az

Xəbər xətti