Naxçıvana elektrotaksilər gətirilib

Naxçıvana elektrotaksilər gətirilib.

Ucnoqta.az xəbər verir ki, 6 yeni elektrobusun alınaraq Naxçıvan şəhərində marşrut xətlərinə salınması nəqliyyat sahəsində bir yenilik kimi həm sərnişinlərin rahatlığı, həm də xidmətin təşkili baxımından bir sıra üstünlüklərə səbəb olub.

Həmin tədbirlərin davamı olaraq 2 elektrotaksi təqdim edilib. Elektriklə işləyən avtomobillər ekoloji cəhətdən təmiz və qənaətcildir.

Çin istehsalı olan "CHANGAN AUCHAN" markalı bu nəqliyyat vasitələri 7 yerlikdir. Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin maksimum sürət həddi 200 km/saatdır. Avtomobil kondisioner və qızdırıcı sistemlə, ön və arxadan kameralarla təchiz olunub. Həmçinin yeni taksilərdə ABS əyləc sistemi, elektrikli pəncərələr və park radar sistemi mövcuddur.

Tarix
24 İyul 2022 [08:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-07-24 08:21:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin