Ana səhifə
25 Sentyabr 2018

Anar Məmmədxanova həsr edilmiş üç kitabın təqdimatı...

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində ictimai xadim və “Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı, Milli məclisin üç çağrışının deputatı Anar Məmmədxanova həsr edilmiş üç kitabın təqdimatı keçiriləcək.

 

 

İlk kitab “Бытъ самим собой” 2014-cü ilin iyul ayında nəşr edilib. Bu kitabda Anar Məmmədxanovun müxtəlif zamanlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları daxil edilib. İkinci kitabı olan “Ни о чем не жалею” 2015-ci ildə nəşr edilib. Bu kitaba 1995-ci ildən 2011-ə qədər Bakının müxtəlif mətbuat orqanlarından olan jurnalistərin Anar Məmmədxanovla müsahibələri toplanıb. Üçüncü kitabı isə “Özünə sadiqlik” müəllifin ilk “Бытъ самим собой” kitabının Azərbaycan dilinə tərcüməsidir. Qeyd edək ki, layihənin rəhbəri müəllifin həyat yoldaşı İradə Məmmədxanova, nəşirlərin baş redaktoru Dövlət mükafatı laureatı, əməktar jurnalist Elmira Axundova, hər üç kitabı tərtib edən isə müəllifin bacısı, professor Nailə Məmmədxanovadır.

Tarix
15 Aprel 2015 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin