Şuşada beynəlxalq media forumu keçirilir

10:35 - 22 İyul 2022 - MEDİA

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçirilir.

Ucnoqta.az xəbər verir ki, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında "Anadolu" agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.

Xəbər xətti