Ana səhifə
21 Noyabr 2018

Qardaş qardaşı qanına qəltan etdi- Bərdədə+FOTOLAR

Bərdədə qardaş qardaşı bıçaqlayaraq öldürüb. 
 

 

Ucnoqta.az xəbər verir ki, rayonun Saatlı kəndində baş verən hadisədə qardaşlar arasında qan düşüb.

Yerli sakinlər deyir ki, kənd sakini Ramiz Abbasov qardaşı İbrahimlə uzun müddətdir ki, ev üstündə mübahisə edir. Şəxsi münasibətlər zəminində dalaşan qardaşlardan biri əlini bıcağa atıb. Əsəblərini cilovluya bilməyən İbrahim Abbasov evdən bıçaq götürərək öz doğma qardaşına bir neçə nahiyədən xəsarət yetirib. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırlan zaman yolda dünyasını dəyişib. Qardaşını bıçaqlayan İbrahim hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır. Polis qardaşını öldürən şəxsi axtarır.(Qafqazinfo.az)

 

Tarix
18 Oktyabr 2014 [15:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin