Ana səhifə
26 Sentyabr 2018

Xaçmazda kişi meyiti tapılıb

Bu gün Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığında yerləşən meşə massivindən kişi meyiti tapılıb.


 

 "Ucnoqta.azAPA-ya istinadən xəbər evrir ki, naməlum şəxsin 20-25 yaşlarında olduğu ehtimal olunur.

 

Meyitə baxış zamanı sağ ciynində və əlində  döymə üsulu ilə “Adik” yazıldığı, sol ciynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Onun üzərində geyim olmayıb. Aşkar olunan şəxsin boyu 168 sm-dir.

 

Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün müvafiq axtarış-əməliyyat tədbirləri aparılır.

 

Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Xaçmaz rayon Polis Şöbəsinə (023) 325 53 56 nömrəsinə məlumat vermələri xahiş olunur.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

 

Tarix
18 Oktyabr 2014 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin