Ana səhifə
15 Noyabr 2018

Prezident və xanımı Gəncədə - Yenilənir

zərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərinə səfərə gəliblər.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Gəncə səfəri çərçivəsində Prezident və xanımı həmçinin  Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.

Prezidentə məlumat verilib ki,  Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.
Dövlət başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər. Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.

 

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular.

 

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular. Məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. 

 

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya – kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir.

Qeyd edildi ki, yeni korpusdakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

Prezident İlham Əliyev yeni tədris korpusunda yaradılan şəraiti yüksək qiymətləndirdi, təhsilin keyfiyyətinin artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Tarix
18 Oktyabr 2014 [16:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin