Ana səhifə
22 Sentyabr 2018

Xalq artistindən gənclərə mesaj: «Şitlikdən uzaq olsunlar»

Valeh Kərimov: «Teatrsız çox darıxıram və tez-tez yuxularımda görürəm»

«Yumor aktyorunun peşəkralığı odur ki, birinci növbədə tamaşaçını güldürməyə çalışmamalıdır»


Bir müddət əvvəl Sumqayıt Teatrından yaş həddi ilə əlaqədar uzaqlaşdırılan xalq artisti Valeh Kərimov hazırda İncəsənət Universitetdə fəaliyyətini davam etdirir. Xalq artisti “Üç nöqtə”yə bildirdi ki, region teatrlarından işləmək üçün təklif gəlsə də, universitetdə işlədiyi üçün dəyərləndirə bilməyib: “Musiqli Teatrdan və Akademik Milli Dram Teatrından təklif gələrsə, dəyərləndirərəm. Çünki bunla yanaşı, universititdə də  fəaliyyətimi davam etdirirəm. Amma onu da deyim ki, Musiqili Teatr bir az mənim profilim deyil. Çünki orada işləmək çətindir. Vaxtilə o teatrın səhnəsində oynamışam və  çətinlik çəkmişəm. Mənim oxumaq üçün səsim, rəqs etmək həvəsim yoxdur. Amma yenə də Musiqili Teatrdan təklif olarsa, sevə-sevə qəbul edərəm. Lakin hələ heç bir teatrdan iş üçün təklif edilməyib. Qoca adama kim iş təklif edəcək...».
Xalq artisti komediya janrında çəkilən filmləri peşəkar hesab etmir: «Bizim vaxtımızda komediya filmlərinə xalq arasında komik aktyorlar kimi tanınan aktyorlar çəkilirdilər. Onlar komik aktyor kimi qəbul edilmişdilər və işlərinin professionalı idilər. Eləcə də, hamısı təhsil almış və teatrda uzun müddət işləmiş təcrübəli aktyorlar idilər. Düzdür, aktyor təhsili olmayan, amma peşəkarlıq cəhətdən güclü olan aktyorlarımız da vardı. Məsələn, Əliağa Ağayev, Sadıq Gəraybəyli texnikom bitirmişdi. Əliağa aktyorluq təhsili deyil, tamam başqa ixtisasdan təhsil almışdı. Amma istedadı ilə görkəmli aktyor olmağı bacardı. Hazırda cavan uşaqlar çıxıb hansısa yolla güldürməyi bacarırsa, onu komik aktyor sayırlar. Amma onlara komik aktyor demək olmaz. Həyatda lağlağı edir, güldürür və o cür də televiziyaya çıxır, filmə çəkilir. Tələbat başqa şeydir. Əvvəllər filmi professional rejissorlar, Moskvada təhsil almış  insanlar çəkirdilər. O vaxt Bakıda rejissorluq kursu yox idi və kino çəkən rejissorların hamısı Moskvada təhsil almalı idilər. Orada oxumaq  asan deyildi, görkəmli sənətkarların tələbələri olurdular. Həyat, sənət, təcrübə görürdülər və gəlib uzun müddətdən sonra bir film ala bilirdilərsə, özlərini xoşbəxt hesab edirdilər. Özlərini birinci filmlə təsdiq etdikdən sonra ikinci film çəkə bilərdilər. İndi yaxşı zamanədir, kim istəyir, bir kamera və oradan-buradan yaxşı pul tapır, film çəkir. Bu mənim xoşuma gəlir, amma işlərinin professionalı deyillər. Hər işin professionalı olmaq lazımdır”. 
Filmlərdən təklif almadığını vurğulayan Valeh Kərimov kiçik bir epizoda çəkildiyini bildirdi: “Komediya janrdında çəkilən filmlərin rejissorlarından təkliflər gəlməyib, amma yaxın günlərdə kiçik bir epizoda çəkildim. Rejissorlar kino sahəsi ilə məşğul olurlarsa, peşəkar olmaq üçün öz üzərlərində işləməlidirlər. Kino ssenaridən başlayır. Filmin ssenarisini yazan adam ssenarist olmalı və ssenarini yaxşı, məntiqli yazmalıdır. Əvvəllər ssenariləri İsi Məlikzadə, Həsən Seyidbəyli, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Yusif Səmmədoğlu və başqaları yazırdılar. Onlar da Moskvada təhsil almışdılar. Ssenarini yazan filmi dəqiq bilməlidir. Eləcə də rejissor və ssenarist birlikdə işləməli və ortaya yaxşı bir iş qoymalıdırlar. Hazırda kamera ilə həvəskar filmlər çəkirlər və bu da qeyri-professional alınır. Bu sahədə təkmilləşmə lazımdır. Yumor aktyorunun peşəkralığı ondadır ki, birinci növbədə tamaşaçını güldürməyə çalışmamalıdır. Vəziyyəti  oynamalıdır, vəziyyət komediyası və söz komediyası var. Məsələn, Sabit Rəhmanın “Toya bir gün qalmış” komediyası söz komediyasıdır. Orada baş rolu Əliağa Ağayev canlandırırdı. Onun səhnədə səsi gələndə tamaşaçılar gülməkdən ölürdü. Eləcə də, Yaşar Nuri, Səyavuş Aslan vəziyyəti çox gözəl oynayırdılar. Səhnədə güldürmək xatirinə deyil, vəziyyəti oynamaq lazımdır. Bəzən hansısa verilişlərin rejissorları deyirlər ki, “bizim verilişimizə gəlin və camaatı güldürün”. Bu kimi hallardan xoşum gəlmir və ona görə də heç bir verilişə getmirəm. Düzünü də deyim ki, mən adam güldürə bilmirəm, səhnədə rolumu oynayıram. Tamaşanın birində komedik obraz olur, çox gülürlər, digərində isə komediya az olur, az gülürlər, yaxud da təbəssümlə qarşılayırlar. Bu o demək deyil ki, mən qarşıma çıxan adamı güldürüm. Tamaşadakı vəziyyəti oynayıram. Vəziyyəti düzgün oynasan gülüş də olacaq. Janrı düzgün dərk etmək lazımdır və janrı düzgün tuta bilsən rolu yarada biləcəksən”. 
V.Kərimov deyir ki, hazırda komediya janrında yaxşı filmlər çəkilmir: “Çəkilən filmlər veriliş xarakterlidir, film deyil. Üç-dörd hazırcavab uşaqlar çəkilirlər, ağızlarına gələn sözlərlə komik halda bir-birinə cavab verirlər. Mən belə komediya bilmirəm, bacarmıram və bu gün çəkilən filmlərə baxmağa da vaxtım yoxdur. Düzdür, istedadlı gənclərimiz var. Amma qarşılarına tələb qoymalıdırlar ki, şitlikdən uzaq olsunlar. Bəzən tamaşaçılar da teatra gedəndə düzgün seçim etmirlər, Musiqili Teatr və «Azdrama»nın repertuarı fərqlidir. Akademik Milli Dram Teatrına gedən tamaşaçı deyir ki, məni güldür. Hər şeyin öz yeri var. Bəzən toylarda da elə musiqilər ifa edirlər ki, içki qəbul etdikdən sonra hər kəs kədərə qərq olur, yas yerində lətifə danışırlar. Bunları görəndə adamda şübhə yarınr ki, bu niyə belə olur? Görünür ki, yeməklərimizdəndir. Tamaşalarda da vəziyyət elədir, janrı itirik deyə tərsinə alınır”.
Xalq artsiti teatrsız da çox darıxdığını vurğuladı: “Teatrsız çox darıxıram və tez-tez yuxularımda görürəm. Səhnəyə çıxıram, amma sözləri unuduram. Tər içində ayılırsan ki, bu yuxu imiş”.


Rəqsanə

Tarix
13 Aprel 2015 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin