Ana səhifə
21 Noyabr 2018

İcra başçısı tekstil dükanını “gigiyenaya görə” bağlatdırır? - FOTO

Eldar Əzizov Sumqayıtda fəaliyyət göstərən “Cehiz aləmi” mağazasını bağlatdırıb.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Pərviz Şahhüseynli adlı Feysbuk istifadəçisi öz profilində məlumat verib. O, mağazanın epidemiologiya ilə heç bir əlaqəsi olmadığı halda qapadıldığını bildirib:

 

“Sumqayıtda Gigiyena və Epidemiologiya İdarəsi Sumqayıt Şəhər Ticarət Departamentinin və İcra başçısı Eldar Əzizovun şəxsən göstərişi ilə şəhərdə fəaliyyət göstərən “Cehiz aləmi” mağazasının qapısına möhür vurub. Halbuki bu mağazanın epidemiologiya ilə heç bir əlaqəsi yoxdur. Mağaza tekstil mallarının satışı ilə məşğuldur”.

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev isə axar.az -a bu xəbərin yalan olduğunu dedi:

 

“Hər yazılana inanmaq lazım deyil. Yalan yerə Sumqayıt şəhər icra başçısının adına qara ləkə yaxmasınlar”. 

 

Tarix
18 Oktyabr 2014 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin