Ana səhifə
21 Sentyabr 2018

Qeyri-neft sektorumuz 7 faiz artıb

Regionlarda birinci rübdə 30 minə yaxın iş yeri açılıb ki, onlardan 25 mini daimi iş yeridir

Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında müsbət meyillər davam edib. Ümumi daxili məhsul 5 faizdən çox artıb. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. İstər regionlarda, istərsə də ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunda özünü daha qabarıq göstərir. «Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan-neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir»,-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. 
Qeyd edək ki, qeyri-neft sektoru prioritet olaraq qalır. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Bu gün qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.
Neftin qiymətinin iki dəfədən çox düşməsi isə ölkəninümumi dinamik inkişafımıza təsir etməyib, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürüb. Bundan sonra məhz qeyri-neft sektorunun istər regionlarda, istərsə də ölkədə inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir. «Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artıb. Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artıb. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilib, bu sahəyə xüsusi diqqət göstərilib. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənib. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır.
Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artıb. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir».-dövlət başçısı deyib.
İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilib, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.
İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.
Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik.
Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir.
Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılıb. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir.
Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir. Düşünülmüş iqtisadi islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanır. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir. Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçib. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılıb. Yəni, indi müayinədən keçmək üçün regionlardan Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir. 
Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. «Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.
Bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki, önəmli yer tutur. 
Bizim islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görübdür. İldən-ilə bizim yerimiz yaxşılaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik»,- dövlət başçısı deyib.
(ardı)

Tarix
13 Aprel 2015 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin