Ana səhifə
26 Sentyabr 2018

Şəkidə iki maşın toqquşdu: yaralı var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonunda "Mercedes" və "VAZ" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Avtosfer.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib,  ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 15:45-də başa çatıb.


Fidan

Tarix
12 Aprel 2015 [21:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin