Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz Sprinter" markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///report
Tarix
1 İyul 2022 [01:12]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin