Bu rayonun DYP rəisi vəzifəsindən azad edildi

21:54 - 30 İyun 2022 - Xəbər

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.

Xəbər xətti