Məhkəmə DTX-nin saxladığı generalla bağlı qərar verdi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

Ucnoqta.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Tarix
30 İyun 2022 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 13:11:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin