Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO

Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb.
“Daewoo” markalı minik avtomobilini idarə edən sürücü Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Toyota” markalı maşını ötmək üçün manevr edib. Nəticədə toqquşma baş verib. Yolda nəqliyyatın hərəkəti sıx olduğundan başqa “Daewoo Ravon” markalı maşın ərazidə olan digər “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlara əraziyə çağırılan təcili yardım briqadası yerində yardım göstərib.

Hadisə zamanı ərazidə tıxac yaranıb. Avtomobillər evakuasiya edilib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

///apa

Tarix
30 İyun 2022 [08:22]
Müəllif
Üç nöqtə
2022-06-30 08:22:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin