Adam öldürən azərbaycanlını tapana MÜKAFAT TƏYİN EDİLDİ

18:20 - 29 İyun 2022 - HADİSƏ

Almaniyada azərbaycanlı kişinin qətl törətməsi barədə bir neçə gün əvvəl xəbər vermişdik. 

Almaniya polisi qətl törətməkdə təqsirləndirilən azərbaycanlı, 36 yaşlı Elçin Ağayevi tapan şəxsə mükafat təyin edib.

Bu barədə Lent.az-a həmin ölkədə yaşayan jurnalist Fərahim İlqaroğlu məlumat verib.

Onun sözlərinə görə, axtarışlar təkcə Almaniyada deyil, həmçinin bütün Avropada keçirilir. Jurnalistin sözlərinə görə, qətlin baş verdiyi Şimali Reyn Vestfaliya torpağının Kalletal şəhərində başqa bir yaşlı qadının da meyiti tapılıb. Polis həmin qətlin də bir-biri ilə əlaqədar olub-olmadığını araşdırır.

Bundan əlavə, E. Ağayevin baltalayıb öldürdüyü miqrantın arvadına cinsi təcavüz etdiyi də bildirilir.

Həmçinin bildirilir ki, alman polisi Elçin Ağayevi tanıyan, onun harada olmasını, ən son harada göründüyünü xəbər verənə 5 min avro (təxminən 8915 manat) mükafat verəcəyini açıqlayıb.

 


Xəbər xətti