Nazirdən veteran təqaüdləri ilə bağlı AÇIQLAMA

"Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq. Bu dövlət siyasətidir".

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputatların suallarını cavablandıran Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırıldı. Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir", - deyə S.Babayev bildirib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında müharibə veteranlarına verilən təqaüdün 130 manata qaldırılması təklif olunub.

Tarix
28 İyun 2022 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-28 13:35:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin