Ana səhifə
12 Dekabr 2018

«Filmdə öpüşmə səhnələri olduğu üçün imtina edirəm»

Oksana Rəsulova: «Əldə etdiyim nailiyyətlərin hamısını tək başıma etmişəm»

«Nəinki uğurlarıma, görünüşümə, geyimimə,hətta rəqs paltarımı tikən insanlara da paxıllıq edənlər var»


Hind rəqslərinin mahir ifaçısı və hazırda işləri ilə əlaqədar Hindistanda olan məşhur rəqqasə Oksana Rəsulova “Şənbə qonağı”mızdır. Rəqqasə Hindistandakı işlərindən və yaradıclığından danışdı. 
- Oksana xanım, Hindistanda hansı layihələriniz var?
- Hazırda Hindistandayam və “ZEE TV” kanalı ilə üç illik müqaviləm olduğuna görə bura tez-tez gəlməliyəm. İşlərim haqqında isə deyim ki, burada yarışmadan sonra bir çox filmlərdən təkliflər gəlir. Sadəcə çox filmlərdə iştirak etmək istəmirəm. Ssenari xoşuma gəlmir, öpüşmə səhnələri olur, filmin büdcəsi az olur və bir neçə səbəbə görə imtina edirəm. Layihəmiz olacaq, amma hələlik açıqlaya bilmərəm. Yaxın günlərdə biləcəksiniz. 
- Hindistanda filmələrdən təkliflər gəldiyini qeyd etdiniz. Orada hansı aktyorlarla filmə çəkilmək istərdiniz?

- Bəli,inşallah filmə çəkiləcəm. Rejissor Maxeş Bxattın filmində çəkiləcəm. O, Hindistanda çox tanınmış rejissordur. Onun üç saatlıq filmində 10 dəqiqəlik rol alsan, bu, sənin üçün xoşbəxtlikdir. 
Bollivud aktyorlarından Şahrux Xan, Salman Xan, Amir Xanla filmə çəkilməyi çox istərdim. Şahrux Xanla bir dəfə konsertdən sonra Dubayda görüşdük və söhbət elədik. Yaxşı aktyordur, onun aktyorluğundan daha çox xarizmasına görə xoşum gəlirdi. Amma boyu balaca və arıq idi. Salman Xanı individualığına görə, Amir Xanı isə aktyorluğuna görə bəyənirəm. 
- Bu yaxınlarda Mithun Cakrabortinin Bakıya görəcəyini qeyd etmişdiniz. Onunla hansısa layihəniz olacaqmı?
- Xeyr, hələ ki, layihəmiz yoxdur. Mithun Cakraborti Bakıya gələcəyinə gəlincə, niyə də gələcəkdə gəlməsin? Amma hələ ki, belə bir şey yoxdur.  Mən artıq Bollivuddayam və bəzi məşhur hind aktyorlarının bizim ölkəyə gəlməsinə çalışmalıyıq. Əslində, kimi istəyirsən gətirmək mümkündür. Sadəcə olaraq, yaxşı sponsor lazımdır. Sponsorlar hindlilərin ajiotaj yaradacağına inanmırlar. Amma mənim fikrimcə, Şahrux Xan ajiotaj yarada bilər. Çünki Azərbaycanda onun çox sevənləri var. 
- Hindistanda “İndias Best Cine Star Ki Khoj” yarışmasında qalib oldunuz. Bu qalibiyyət kariyeranıza necə təsir göstərdi?
- Çox gözəl təsir elədi. Yarışmadan sonra Hindistanda insanlar məni tanımağa başladılar və bu, mənim üçün böyük bir uğur oldu. Bir milyarddan çox əhalisi olan ölkədə tanınmaq o dərəcədə də asan deyil. Hindistanda küçədə gedəndə məni tanıyırlar. Buna görə də çox xoşbəxtəm. Çünki bu uğuru qazandımsa, deməli həyatda nəyəsə nail olmuşam. Mən heç vaxt yerimdə dayanmamışam. 
- Bəs, yarışmada qalib olduqdan sonra Hindistanda Sizi necə qarşılayırlar?
- Hindistanda məni çox gözəl qarşılayırlar. Ümumiyyətlə, Hindsitanın əhalisi yaxşıdır, normaldır. Xüsusi ilə sənətimlə əlaqədar təmasda olduğum insanları tanıyıram və onlar da qonaqpərvər və çox gözəl insanlardır.  
- Oksana xanım, xaraktercə güclü insandırmı?
- Bəli, xaraktecə çox güclü insanam. Əldə etdiyim nailiyyətlərin hamısını  təkbaşına etmişəm. Təbii ki, şükür olsun Allahıma. Allah  mənə hər zaman güc verib və ondan hər zaman duallarımda güc istəmişəm.
- Sizi həyatda nə incidə və ya depressiyaya düşmənizə səbəb ola bilər?
- Həyatda məni ən çox xəyalqırıqlığı depressiyaya sala bilər. Eləcə də, xəyanət depressiyaya düşməyimə səbəb olur. Məsələn, dəfələrlə olub ki, yaxın rəfiqə bildiyim, özümə, ətrafıma yaxın buraxdığım insanlar mənə xəyanət ediblər. Mən bunu qəbul etmirəm, onları istifadəçi kimi qəbul etmişəm. Şükür Allaha, son iki ildə mənim yanımda olan insanlar arasında bu halı görməmişəm. Amma ən çox, Allah eləməsin, ailəmdə hansısa problemin olması depressiyaya yaşamağıma səbəb ola bilər. Beləliklə, dostların xəyanəti üzə bilər. Əslində, insan adi bir haqsızlığı görüb depressiv vəziyyətə düşə bilər. Hətta o haqsızlığın sənə heç bir dəxli olmasa belə. 
- Kariyeranızda yüksək pillələri fəth etirsiniz və etməkdə də davam edirsiniz. Buna necə nail olursunuz?
- Bəli, yüksək  pillələri əldə etməyə çalışıram. Həyatımda heç vaxt düşünə bilməzdim ki, mən Hindistanda 6 min yarışma iştirakçının içindən seçilim və birinci yerə layiq görülüm. Bu, mənim üçün böyük bir pillədir və bununla fəxr edirəm. Düşünürəm ki, insan qarşısına hər hansı bir məqsəd qoyan zaman ona tərəf getməli, əziyyət çəkməlidir. Əgər insan həyatdan konkret nə istədiyini bilmirsə, o zaman heç nə əldə edə bilməz. İnsan məqsədi üçün bütün gücünü, enerjisini ona yönləndirsə, deməli o arzusuna mütləq çatacaq və başqa cür də ola bilməz. 
- Sizin uğurlarınıza paxıllıq edənlər çoxdur?
- Uğurlarıma paxıllıq edənlər hər zaman olub və yenə də var. Nəinki uğurlarıma, görünüşümə, həyatıma, geyimimə, stilistimə, hətta rəqs paltarımı tikən insanlara da paxıllıq edənlər var. Mənə hədsiz dərəcədə paxıllıq edirlər və bu hal artıq həyatımda normal bir hadisəyə çevrilib. Ona görə də fikir vermirəm. 
- Necə düşünürsünüz, hazırda Azərbaycanda hind rəqslərinə maraq nə dərəcədədir?
- Əslində, 2008-ci ildə şou-biznesə mənim gəlişimdən sonra Hindistan rəqslərinə maraq daha da çoxaldı. Deyim ki, Oksana  Rəsulovanın gəlişi ilə hind rəqsləri daha da geniş təqdim olundu və diqqət mərkəzində olmağa başladı. 
- Rəfiqələriniz çoxdurmu və insanda hansı xüsiyyətlərə üstünlük verirsiniz?
- Rəfiqlərim çox azdır, iki-üç rəfiqəm var. Onlarla da uşaqlıq illərimdən dostluq edirəm. Rəfiqəmin birinin adı Aygün, digərinin isə Çinarədir. Rusiyada yaşayırlar, amma azərbaycanlıdırlar. Hazırda məndən uzaqda olsalar belə, qəlbimdədirlər. Məsafə heç nəyi dəyişmir. Biz ildə bir dəfə görüşə bilərik, amma onlarla hər zaman əlaqə saxlayırıq. 
- Bəs, şou-biznes nümayəndələrindən kiminlə dostluq edirsiniz?
- Söhbət yaxın dostluqdan gedirsə, şou- biznesdə iki rəfiqəm var, Natavan Həbibi və İlhamə Qasımova. Hər kəslə münasibətim yaxşıdır, amma yaxın rəfiqlərim onlardır. 
- Səyahət etməyi sevirsinizmi və hansı ölkələrdə olmusunuz?
- Səyahəti çox sevirəm və bir çox ölkələrə səyahət eləmişəm. Tailand, Çin, İndoneziya, Hindistan, Rusiya, Türkiyə, Ukrayna və Gürcüstanda olmuşam. Onu deyim ki, 14 dəfə Çində olmuşam və orada bütün bölgələri tanıyıram. Amma hələ ki, Avropa ölkələrində olmamışam. İnşallah, bu il Allah qismət etsə, gedəcəm. 

- Hindistanda tez-tez olursunuz, oranın mətbəxini sevirsinizmi?
- Hindistan mətbəxi mənə tamamilə yaddır. Orada peçenye və düyü ilə qidalanıram. Amma Hindsitan düyüsündən də xoşum gəlmir. Azərbaycandakı Hindistan düyüləri o düyülərdən deyil. Orada düyü xırda və nazik idi, adi ağ aş hazırlayırlar, duz, istiot da vurmurlar. 
- İxtisasca həkimsiniz və sizdə hind rəqslərinə maraq necə yarandı?
- Mənim 3 yaşımdan hind rəqslərinə həvəsim olub və bu marağı hind filmlərinin pərəstişkarı olan xalam yaradıb. 8 yaşımdan rəqslə məşğul olmağa başladım. Bir müddətdən sonra ailəmlə Rusiyaya köçdük. Rəqs təhsilimi burada da davam etdirdim və uşaq xareoqrafiya məktəbinə daxil oldum. Rəqslə bərabər orta məktəb təhsilimi də davam etdirdim. Məktəbi bitirdikdən sonra Tibb Akademiyasına daxil oldum və ginikologiya ixtisası üzrə təhsil aldım. Beləliklə, Rusiyada iki il ixtisamım üzrə işlədim. Ümumiyyətlə, 1999-cu ildən böyük səhnələrdə rəqqasə kimi çıxış etməyə başladım. Hind rəqsi üzrə beynəlxalq müsabiqələrdə qalib oldum və bununla yanaşı 2-ci, 3-cü dərəcəli laureat olmuşam. Rusiyada hind rəqsləri üzrə 150-dən çox diplom qazanmışam. 2008-ci ildə Bakıya gəldim və burada fəaliyyətimi davam etdirdim. 
Şükür, yaradıcılığım Azərbaycanda yaxşı oldu və bir çox uğurlara nail oldum. Hazırda yaradıcılıq hədəfim Hindsitanda tanınmaqdır.
Qeyd etdiyim kimi, yarışmadan sonra tanınmağa başladım, amma bu, oradakı fəaliyyətim üçün başlanğıc oldu. Bundan sonra da hədəflərim və məqsədim üçün çalışacam. Hind rəqslərini çox sevirəm. Rəqs zamanı bütün yorğunluğum gedir. Gərgin olanda yalnız rəqs məni o vəziyyətdən  çıxarır. Xüsusilə də hind rəqsi. Təbii ki, Azərbaycan rəqslərini də ifa edə bilirəm, amma yaradıcılıq istiqamətim hind rəqsləridir. Hind musiqisini duyuram, ritmini yaşayıram, ifa etməyi bacarıram. Hind rəqsi çox sirli rəqsdir.


Rəqsanə

Tarix
10 Aprel 2015 [17:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin