Ana səhifə
13 Noyabr 2018

Afaq Bəşirqızının 60 illik yubileyinə tamaşa ithaf olunub

Musiqili Teatrda Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası olacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki,  premyera aprelin 16-da  baş tutacaq. Qeyd edək ki, tamaşa xalq artisti Afaq xanım Bəşirqızının 60 illik yubileyinə ithaf olunub.  Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşada oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərara alır. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Və qəfildən “ölü” ayılır və əsl həngamədə məhz bundan sonra başlayır.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü səsləndirəcək. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tarix
10 Aprel 2015 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin