Təqaüd alanların nəzərinə

22:35 - 24 İyun 2022 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

DSMF-dən verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Xəbər xətti