Peyvənd olunanların sayı açıqlanıb

16:41 - 24 İyun 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda son sutkada 1 427 nəfər vaksinasiya olunub. Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 220, ikinci doza vaksinləri sayı 130-dur. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 958-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 119 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 759 231, birinci doza peyvəndlərin ümumi sayı 5 353 131, ikinci doza vaksinlərin sayı 4 852 922 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 304 535, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 643 olub

Xəbər xətti