Rusiya 47 ton pomidoru geri qaytardı

11:08 - 24 İyun 2022 - Cəmiyyət

Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.

Ucnoqta.az xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb.

Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib.

Qeyd edək ki, Rusiya hər dəfə geri qaytaranda, həmin viruslu pomidorlar yerli bazarlarda əhaliyə ucuz satılır. 

Xəbər xətti