Ana səhifə
17 Noyabr 2018

İlham Əliyev Goranboyda bir sıra açılışlar etdi - YENİLƏNİB

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.

Ucnoqta.az xəbər verir ki, Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinin 2013-cü il 30 iyul tarixli Sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədi ilə ötən il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon, bu il isə 7,2 milyon manat vəsait ayrılıb.

Hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.

Bununla yanaşı Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə də tanış olublar.

 “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, bu layihə üzrə “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. “Goranboy” paylayıcı elektrik məntəqəsi ilə “İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı “Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.

Qeyd edək ki, bu infrastruktur layihəsi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilib.

Tarix
18 Oktyabr 2014 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin