Türkiyə və Rusiya razılığa gəldi - İlk xarici gəmi Mariupolu tərk etdi - VİDEO

Moskvada Qara dənizdə açılması planlaşdırılan taxıl dəhlizi ilə bağlı ilk görüş keçirilib. Müsbət ab-havada keçən danışıqlardan sonra Türkiyəyə məxsus “Azov Concord” gəmisi ilk xarici gəmi olaraq Mariupol limanından ayrılıb.

Bu barədə “Haber Global” məlumat verib.
Bildirilir ki, Moskvada Rusiya və Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb, Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı və Ukrayna limanlarından taxıl ixracı məsələləri müzakirə edilib.

Rusiya nazirliyinin məlumatına görə, nümayəndə heyətləri ikitərəfli formatda qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Türkiyə Milli Müdafiə Nazirliyi də öz növdəsində “taxıl məsələsi” üzrə dördtərəfli (Türkiyə, Rusiya, Ukrayna, BMT) danışıqların zəruriliyi ilə bağlı razılığın əldə edildiyini, növbəti görüşün yaxın həftələrdə Türkiyədə gözlənildiyini bildirib.

Qeyd edək ki, “Azov Concord” quru yük gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Tarix
22 İyun 2022 [22:50]
Müəllif
Üç nöqtə
2022-06-22 22:50:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin