Güclü sel maşınları apardı, evlərə su doldu - VİDEO

21:00 - 22 İyun 2022 - ÖLKƏ İÇİ

Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.

Ucnoqta.az xəbər verir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.

Xəbər xətti