Azərbaycanlı hakim Konfrans Liqasının matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, Cabbarov Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, matç iyulun 7-də keçiriləcək.

Tarix
22 İyun 2022 [20:34]
Müəllif
Üç nöqtə
2022-06-22 20:34:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin