Ana səhifə
22 Sentyabr 2018

Qazaxda 146 sahibkarlıq subyektinə 1.7 milyon manat kredit verilib

VERİLMİŞ KREDİTLƏR HESABINA 2014-cü İLDƏ 315 YENİ İŞ YERLƏRİ AÇILIB

REGİONLARIN 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları göstərdi ki, ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilib, bütün sosial-iqtisadi proqramlar yerinə yetirilib. Keçən il dünyada və bölgədə mürəkkəb proseslər baş versədə, gərginlik bütün dünyada artsada Azərbaycan xalqı 2014-cü il də təhlükəsizlik şəraitində yaşayıb. Həm iki tərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət həyata keçirilib, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb, beynəlxalq nüfuzu artıb. Azərbaycan son 11 ildə dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkə olub. Uğurların əldə olunmasında Qazax rayonunun da öz payı var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu  kimi 2014-cü  ildə də Qazax rayonunda uğurla davam etdirilib. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli 2730 nömrəli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. 5 kilometr uzunluğunda Fərəhli avtomobil yoluna nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün dəmyə xırı daşınaraq yayılıb. Bundan əlavə Dövlət Proqramına uyğun olaraq Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulub. Qazax şəhərində kənd təsərrüfatı idarəsinin yeni inzibati binasının tikintisinə başlanılmış və işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 374s saylı sərəncamına uyğun olaraq 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işləri başa çatdırılaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində hər biri 100 yerlik olmaqla 2 ədəd körpələr evi-uşaq bağçalarının tikinti işlərinə başlanılıb, həmin obyektlərdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılaraq istifadəyə verilib. Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri görülüb və bu istiqamətdə işlər indidə davam etdirilir.
Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar ərazidə “Poliqon yaradılmışdır. Aslanbəyli və Abbasbəyli kəndlərində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə hər birinin tutumu 16 ton olan 5 ədəd su çənləri quraşdırılıb və 4 kilometr uzunluğunda su xətləri çəkilərək əhalinin istifadəsinə verilib.  
Bundan əlavə Daş Salahlı kəndində tutumu 300 kub metr olan su anbarı əsaslı təmir edilib, 5 kilometr uzunluğunda su xətti çəkilmiş,əhalinin ümumu istifadəsi üçün 23 ədəd  bulaq quraşdırılıbr. Aşağı Salahlı kəndində 2,5 kilometr uzunluğunda su xətti çəkilərək əhalinin istifadəsinə verilib. Ötən müddət ərzində Dəmirçilər və Ürkməzli kəndlərinə içməli suyun çəkilişi, Dəmirçilər kəndində suvarma su arxının 900 metr hissəsinin beton üzlüyə alınması, diametri 800 mm olan metal boru ilə 250 metr uzunluğunda su arxının bərpa edilməsi işi başa çatdırılıb və 2 ədəd su nasosu quraşdırılıb.
Rayon ərazisində suvarma suyunun yaxşılaşdırılması məqsədilə 2014-cü ildə Çaylı, Kommuna, Kosalar, Ağköynək, Qarapapaq, Orta Salahlı, Qazaxbəyli, Aşağı Salahlı kəndlərinin ərazisində  24270 p/m arxlar beton üzlüyə alınıb, 55160 p/m torpaq məcralı arxlar təmizlənib, 423 ədəd hidrotexniki qurğular quraşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılıb. Ölkə Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Qazax rayonunda Qarabağ Əlilləri və Şəhid ailələri üçün mərhələlərlə növbəlilik əsasında fərdi qaydada yaşayış evlərinin tikintisinə başlanılıb.   
Bundan əlavə ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Hazırda layihə İnstitutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanmışdır.
Qazax rayonu üzrə 2014-cü ilin yerli gəlir və xərclərinin proqnozu 21143000 manat məbləğində müəyyənləşdirilib. Büdcənin mədaxil hissəsinin 5490000 manatını yerli daxilolmalar, 15653000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil edib. Mədaxil hissədə yerli daxilolmalar 26,0 faiz, dotasiya isə 74,0 faiz olub.
2014-cü ildə yerli daxilolmalar 5490000 manat proqnoza qarşı 5625390 manat və ya 102,5 faiz yerinə yetirilərək büdcəyə 135390 manat çox vəsait mədaxil olub. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə  495168 manat və ya 9,6 faiz çox vəsait daxil olub.
Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 93,6 faiz icra olunub. 2014-cü ildə yerli gəlirlər 96,6 faiz yerinə yetirilib, yerli xərclər  96,2 faiz və ya 975387 manat az icra olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11983837 manat azdır. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilib.
Rayon ərazisində 7 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri, 1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
2014-cü il ərzində əhaliyə 52503713 manat kredit verilib ki, bunun da 42942872 manatı qısamüddətli, 9560841 manatı isə uzunmüddətlidir. Bundan əlavə 9 nəfərə 233340 manat “İpoteka krediti verilib. Əhalidən 1656950 manat və 261900 ABŞ dolları əmanətlər cəlb olunub. 
Ötən il ərzində 146 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1700000 manat verilmiş kreditlər hesabına 2014-cü ildə 315 yeni iş yerləri açılıb . Kənd yerlərinin kreditləşməsi yolu ilə 10 nəfərə 45 min manat kredit verilib.
2014-cü ildə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 12407100 manat, ümumi məhsul buraxılışı 127791100 manat olub.
Adambaşına düşən ümumi məhsulun həcmi 1374 manat, orta aylıq əmək haqqı 255 manat təşkil edib. Əhalinin  pul  gəlirlərinin  artması hesabına  rayonumuzun yaşayış məntəqələrində 188 fərdi yaşayış evləri  tikilib. 2014-cü ildə rayonda olan 47811 nəfər iqtisadi fəal əhalinin 46960 nəfəri iqtisadiyyatda məşğul olanlardır.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək rayon üzrə 10739 yeni iş yeri,  2014-cü ildə rayonda 16 yeni müəssisə yaradılaraq 867-i daimi olmaqla 907 yeni iş yeri açılıb.
2014-cü il ərzində 101 dövlət və qeyri-dövlət müəssisələrindən 360  boş iş yeri təqdim edilmiş, 778 nəfər Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 434 nəfər iş axtaran kimi qeydiyyata alınmış və 125 nəfər münasib işlə təmin olunub.
Qazax rayon Məşğulluq Mərkəzi 2015-cü ildə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri ilə daha sıx əlaqə yaratmalı və müraciət etmiş vətəndaşları vaxtında qeydiyyata almaqla işlə təmin olmalarına lazımi kömək göstərirlər.

(ardı var)

Tarix
10 Aprel 2015 [12:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin