"O çantadan məndə də var, Cennifer Lopesdə də" - Gülay

16:17 - 19 İyun 2022 - MAQAZİN

"Əlçatmaz" söhbətləri məndə yoxdur. Bu şeylər mənə çatmır, çatmayacaq da... Həyatda nə xoşdursa, elə yaşayıram. Övladımı dərsdən götürürəm, marketə gedib bazarlığımı edirəm. Sevmirəm getsin kimsə sənə bazarlıq etsin. İnsanlarla nə qədər səmimi olmalısan, xalqa qaynayıb qarışmalısan. İnsanlar səni sevəndə yaxşıdır, ünsiyyət quranda pis?"

Ucnoqta.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı sənət adamlarının özlərini "əlçatmaz" adlandırmasına münasibət bildirərkən deyib deyib. Bahalı paltarlar alması haqda suala Gülay belə cavab verib:

"Məndə belə bir şey yoxdur ki, hər ay bunu alım. Könlümə nəsə düşərsə alaram. Qarderobumda elə geyim var ki, qiyməti 12-15 manatdır. Xoşladığım hər şeyi ala bilirəm. İnsanın tərbiyəsi, əxlaqı onun açıq geyinməsi ilə ölçülməz. Ürəyimdən keçən geyimi geyinirəm. Oturub dəbi izləmirəm. Nəinki biz, dünya ulduzları da bir-birindən götürür. Bir tanınmış markanın çantasını mən də daşıyıram, dünya ulduzu Cennifer Lopez də. Bunu niyə söz edib, çıxartmırlar ortalığa? Bu həyat gör-götür dünyasıdır".

Xəbər xətti