14 yaşlı qızın burnundan diş çıxardılar - Foto

10:16 - 19 İyun 2022 - MARAQLI

Şərqi Sibirdə uşaq xəstəxanasının həkimləri tibdə nadir əməliyyatlardan birini icra edib.

Ucnoqta.az bakupost-a istinadən xəbər verir ki, 14 yaşlı pasiyentin burnundan diş çıxarılıb.
Valideynlərin sözlərinə görə, burnun içində diş uşaq yaşlarından görülüb, amma uşağa heç bir təsiri yox idi. Lakin son aylar qız nəfəsalmada çətinlik çəkib, burnundan qan açılırdı. Xəstəxanaya gətiriləndə də özünü pis hiss edirdi.

Müayinə göstərdi ki,burun içində çıxmış diş dəliyi tutur, tənəffüsün qarşısını alırdı.

LOR cərrahlar ümumi narkoz altında burun içindəki sümük fraqmentini çıxarmaq qərarı verib.

Burundan çıxarılmış diş pasiyentə yadigar olaraq verilib. Əməliyyatdan sonra qızın heç bir şikayəti qalmayıb.

Xəbər xətti