Emin səhnədən enərək halı pisləşən qıza yardım etdi - Video

00:48 - 19 İyun 2022 - MAQAZİN

“Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində Xalq artisti Emin Ağalarovun solo konserti zamanı tamaşaçılardan birinin halı pisləşib.

Ucnoqta.az xəbər verir ki, bunu görən Emin səhnədən düşərək halı pisləşən qıza yardım edib.

Eminin bu davranışı alqışlarla qarşılanıb.

Vəziyyəti pisləşən qıza tibbi yardım göstərilib. 


​///qafqazinfo

Xəbər xətti