Ana səhifə
21 Noyabr 2018

Ağstafa rayonun qazla təminatı yaxşılaşıb

Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri işlərinə ötən ilin sonlarından başlanılıb. Bu Mərkəzin tikintisi Ağstafanı bölgənin mədəni mərkəzi kimi formalaşmasını təmin edəcəkdir. 1974-cü ildən fəaliyyətə başlayan və Ağstafa şəhər 1 saylı orta məktəbinin emalatxana binasında yerləşən H.Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbinin binası qəzalı və şəraitsiz olduğundan yeni binanın tikintisinə ciddi ehtiyac vardır. Ötən hesabat yığıncağında yerdən qaldırılan məsələlərdən biri də yeni Musiqi məktəbinin tikintisi ilə bağlı olub. Eksklüziv layihə əsasında ud formasında tikilən bu bina öz gözəlliyi ilə də diqqət çəkir. Yeni binanın tikilməsi ilə burada 350 şagirdin təhsil almasına şərait yaradılacaqdır. Yeni musiqi və incəsənət mərkəzinin tikilməsi üçün Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən 1,5 ha torpaq sahəsi ayrılıb. Burada yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otağı, musiqi fondu otağı, səsyazma studiyası olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.

Hazırda rayonun Dağ Kəsəmən kənd mədəniyyət evinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağstafa rayon mədəniyyət evinin binasında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir. Binada yeni işıqlandırma, mərkəzləşdirilmiş ventilyasiya və isitmə sistemləri qurulur. Səhnədə müasir avadanlıqlar qoyulması və komfort akustika sahəsinin yaradılması, zalda ən müasir oturacaqların quraşdırılması nəzərdə tutulmuşdur. Binanın fasad hissəsi irəli çəkilərək daha da əzəmətli görünməsi təmin ediləcək və ətrafında kiçik park salınacaq, eyni zamanda Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrinin də yenidən qurulması nəzərdə tutulur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə Pirili və Qırılı kəndlərinə təbii qaz yanacağının verilməsi təmin edilib, beləliklə hazırda 28 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilir.
Rayonda təhsilin keyfiyyəti də hər il artır. Bu sahədə görülən işlər öz bəhrəsini verir. 2014-cü il məzunlarından 429 nəfər ali məktəblərə sənəd verib ki, bu da məzunların 54.6 faizi deməkdir. Ali məktəblərə sənəd verənlərdən 263 nəfəri, ümumi sənəd verənlərin  61.3, məzunların isə 33.5 faizi artıq tələbədir. Qəbul olunanlardan 16 nəfəri 600- dən, 37 nəfəri isə 500- dən cox, ümumilikdə 53 nəfəri 500-dən çox bal toplayıb. Zəlimxan kənd tam orta məktəbin məzunu Qismət Cəfərov tam orta təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə “Qızıl medal”a, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbinin məzunu Zaur Ayralov Prezident təqaüdünə layiq görülüblər. Ötən il Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 42 səyyar qəbul görüş keçirilib. Bu qəbullarda 8055 nəfər sakin iştirak edib, 450 təklif verilib. Qaldırılan problem və təkliflərin 261 həll olunub, 102-nin icrası davam edir, 87 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilib.
Qeyd edək ki, 2014-cü ildə Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 1164 müraciəti (bunlardan 97.4 faizini ərizələr, 2.6 faizini şikayətlər təşkil edir) və 232 təşkilat daxili müraciət daxil olub. Ötən ilə nisbətən daxil olan müraciətlərin sayı 240 ədəd və ya 17.1 faiz azalıb.  Müraciətlərin təhlili göstərir ki, onların 27.5 faizi mərkəzi orqanlardan, 72.5 faizi isə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin payına düşür. Daxil olan müraciətlərin 36.8 faizi müsbət həll olunmuş, 57.8 faizinə müvafiq izahat verilmiş, 3.8 faizi əsassız sayılmış, 1.6 faizi icradadır.
Ağstafa rayonu İcra hakimiyyətinin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Həmin səhifədə vətəndaşlar üçün “Elektron müraciət” bölməsi yaradılıb, İcra hakimiyyətində və yerlərdə vətəndaşların qəbul vaxtı barədə məlumat verilir. Vətəndaşların qaldırdıqları problemlərinin operativ həlli üçün Rayon İcra Hakimiyyətində 24 saat fəaliyyət göstərən “Qaynar xətt” təşkil edilib.
Qeyd edək ki, rayonda səhiyyə sahəsində də uğurlu işlər görülüb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Ağstafada da əhalinin tibbi müayinəsi uğurla davam edir. Müayinələrin keçirildiyi rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülüb. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanıb, cədvəl müəyyənləşdirilib. RMX-nın baş həkimi İlham Mustafayevin sözlərinə görə, tibbi müayinələrin keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası yaradılıb. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə pulsuz tibb xidmət göstərəcəkdir. Müayinələr əvvəlcədən müəyyənləşdirilən cədvəl əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunub. İlham Mustafayevin bildirdiyinə görə, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə - keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Səhiyyə müəssisələrinin təmiri, maddi bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Rayonun Ermənistanla həmsərhəd olan Köhnəqışlaq kəndində müasir tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, Vurğun qəsəbəsində həkim məntəqəsinin əsaslı təmiri işləri isə aparılmaqdadır. Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Reabilitasiya Mərkəzində yenidənqurma işləri tamamlanmaq üzrədir. Doğum şöbəsinin dam örtüyünün dəyişdirilməsi və qapı-pəncərələrin yeniləşməsi işləri həyata keçirilir.
 Ağstafa rayonunda suvarma sistem idə yenidən qurulur. “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanıb. Ağstafa rayon Suvarma Sistemləri İdarəsinin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

Tarix
9 Aprel 2015 [16:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin