MEDİA Agentliyində görüş keçirilib

15:47 - 16 İyun 2022 - MEDİA

İyunun 16-da Medianın İnkişafı Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib.

Ucnoqta.az xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti