Ana səhifə
18 Sentyabr 2018

Nazirliyin bəzi rayon idarələri ləğv ediləcək

Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində struktur dəyişiklikləri davam etdiriləcək.

 

Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində yaradılan yeni xidmətlərin rayon idarələri ləğv ediləcək. Onların bazasında isə regional idarələr yaradılcaq.

Belə ki, KTN-in Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Texniki Nəzarət Xidmətinin rayon idarələri ləğv olunması bu sıraya daxildir.

Bir neçə gün öncə Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılan Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin regional idarələri də yaradılacaq.

Qeyd edək ki, adıçəkilən qurumların əksəriyyətinə, o cümlədən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə hələ də rəis təyin olunmaması da bununla bağlıdır.(Lent.az)

 

Tarix
18 Oktyabr 2014 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin