Həlak olan hərbçimiz dəfn edildi

16:18 - 28 May 2022 - ÖLKƏ İÇİ

Dünən bədbəxt hadisə nəticəsində həlak olan hərbçimiz Məmmədov Mehralı Novruz oğlu dəfn edilib. Oxu.Az xəbər verir ki, o doğulduğu Tovuz rayonunun Qəribli kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. O, ötən il hərbi xidmətə yollanıb. Evin tək oğlu olan Mehralının bir bacısı var.

Xəbər xətti