Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı

Mayın 27-də saat 1 radələrində Binəqədi rayonu Xocəsən yolunda "VAZ-2121" markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Lakin o, avtomobilə əyləşib hərəkətini davam etdirərək tabesizlik göstərmiş və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə və piyadalara təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil süni tıxac yaradılmaqla saxlanılıb.

Araşdırmalarla sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Onun əməllərində avtoxuliqanlıq hərəkətləri olduğu üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

 

Tarix
28 May 2022 [11:10]
Müəllif
Üç nöqtə
2022-05-28 11:10:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin