Bakı metrosunda gənc qızın halı pisləşdi

09:35 - 27 May 2022 - HADİSƏ

Bakı metrosunun “Sahil” stansiyasında bir nəfərin halı pisləşib. 

Hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib.

​Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

“Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub”.

 

Xəbər xətti