Ana səhifə
25 Sentyabr 2018

“Əvvəl muğama diqqət və gənclərin bu sahəyə marağı az idi”

Mənsum İbrahimov: “Gənclərimizin heç vaxt  muğama bu qədər axını olmamışdı”

 

Əlibaba Məmmədov: “Xanəndə çox şeyi bilməlidir”

 

Muğam sənətini yaşatmaq üçün gənc nəsil bu sənəti daha dərindən öyrənməli, yaşatmalı və gələcək nəsillərə çatdırmalıdırlar. Bu gün dövlət tərəfindən muğama kifayət qədər diqqət və qayğı var. Bəs, muğam sahəsinə gənclərin axını və marağı nə dərəcədədir?

Bu barədə “Üç nöqtə”yə danışan xalq artisti Mənsum İbrahimov gənclərin muğam sahəsinə olan marağının yüksək olduğunu bildirdi: “Dövlətimizin Azərbaycanın mədəniyyətinə, xüsusi olaraq da muğam sahəsinə çox böyük diqqəti var. Heydər Əlieyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamda müstəsna rolu var. Fondun təşkilatçılığı ilə 2005-ci ildə muğam müsabiqəsi təşkil edildi. Əvvəl muğama diqqət və gənclərin bu sahəyə marağı az idi. Gənclər daha çox başqa musiqi sahəsinə meyl edirdilər. Amma o müsabiqələr başlayandan sonra muğam inkişaf etməyə başladı. Təbliğat önəmli faktordur və hazırda gənclərimizin muğama marağı çoxalıb. Muğama axın var, xanəndəliyə, tara, kamança sahəsinə üz tutanlar çoxdur. Dövlətin qayğısı nəticəsində  bu gün muğamımızın inkişafı göz qabağındadır və bu sahəyə bir stimul yaranıb. Artıq bu sahəyə gələn gənc muğama göstərilən qayğını görür. Bunula yanaşı, böyük sənətkarlarımızın təltif olunması, təqaüdləri, mükafatlarının verilməsi də onlarda stimul yaradır. Sənətkarlaımıza olan diqqət və qayğı ilə yanaşı keçirilən muğam müsabiqələrindən sonra bu gün muğama çox böyük maraq var. Gənclərimizin heç vaxt muğama bu qədər axını olmamışdı».

Xalq artistinin sözlərinə görə, gənclərdə professionallıq da yaxşıdır: «Azərbaycanda üç pilləli tədris var, uşaq musiqi məktəblərində muğam şöbələri var və eləcə də musiqi kollecllərində və milli konservatoriyada muğam tədris edilir. Yəni, uşaq vaxtından tutmuş gəncliyinə qədər muğam mənimsəyir. Bu gün bəlkə də tədris başqa ölkələrdə bu qədər deyil. Ümumiyyələ, tədrisimiz dövlət səviyyəsində təmin edilib və ona görə də professionallıq çox yüksək səviyyədədir. Əvvəlki illərə nisbətən bu gün muğamımız intibah dövrünü yaşayır. Bu da qeyd etdiyim kimi, dövlətimizin muğama olan qayğısının nəticəsindədir. Muğam festivalları, bu il də daxil olmaqla 4-cü Beynəlxalq Muğam festivalı keçirilir. Öz muğamımızdır deyə demirəm, həqiqətən, Azərbaycan muğamı çox təkmilləşib və inkişaf edib. Başqa ölkələrdən gələn ifaçıları dinlədikdə monotonluq, yoruculuq və təkrarlar görürük. Amma Azərbaycan muğamı o qədər inkişaf edib ki, heç vaxt insanları yormur. Xarici ifaçılar özləri də etiraf etdilər ki, bu gün Azərbaycanın muğamı liderdir. Dördüncü Beynəlxalq Muğam festivalı keçirildi və hamısının da qalibi azərbaycanlı oldu.  Bu professional ifaçılığın nəticəsindədir. Bu gün muğamımız dünyada tanınır və mən fəxr edirəm ki, Azərbaycanın vətəndaşı və sənətkarıyam. Bu gün dövlət başçımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın muğamımıza çox böyük diqqət və qayğısı var. Bu da əsas verir ki, muğamımızı daha da məsuliyyətli, həvəslə gənclərimizə öyrədək və milli musiqimizi gələcək nəsillərə çatdıraq”.

Xalq artisti Əlibaba Məmmədov qeyd etdi ki, hazırda muğam sahəsinə gənclərin axını çox yaxşıdır: “Bu gün bir çox gənclər xanəndə olmaq istəyir və müsabiyə gəlirlər. Muğam sahəsində professionallıq təcrübədən asıldır. Professional olmaq üçün təcrübəli olmalısan və daim öz üzərlərində işləməlisən. Bununla yanaşı, yavaş-yavaş öyrənmək, mənimsəmək lazımdır. Bildirim ki, muğamı öyrənmək üçün ən azı 15-20 il vaxt lazımdır. Düzdür, professional səhnə 15 il deyil, amma gənclər arasında müsabiqədə yaxşı ifaçı olanda biz onları seçirik ki, gələcəyi olsun və bu sahədə uğurla davam etsin”.

Əlibaba Məmmədov onu da dedi ki, muğam ifaçısının yalnız səsi yox, istedadı da olmalıdır: “İfaçının istedadı, səsi, zəngurəsi, xırdalığı olmalı və ədəbiyyatı, tarixi yaxşı bilməlidir. Muğam oxudu və bu artıq xanəndədir, xeyr, xanəndə çox şeyi bilməlidir. Bununla yanaşı, muğam ifaçının içində olmalı və bu sahəyə həvəsi olmalıdır. Fikrət Əmirov yazır ki, “istedad zəhmətlə yarıdır”. Bu, doğrudan da böyük bir sözdür. İstedadın varsa, gərək 50 faiz də zəhmət çəkəsən. Zəhmət çəkməsən heç nə əldə edə bilməzsən”.

 

 

 

Rəqsanə

Tarix
6 Aprel 2015 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin