Ana səhifə
19 Sentyabr 2018

İpoteka kreditləri ləğv oluna bilər - AÇIQLAMA

"Mənzillərlə bağlı dövlət proqramı qəbul edilməlidir".

Ucnoqta.az xəbər verir ki, bunu  millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, mənzil problemi istər şəhərdə, istərsə də regionlarda insanların ehtiyacları olan  bir məsələdir. Düzdür, bu problemin həlli üçün ipoteka kreditləri ayrılıb. Amma bununla da  hər kəs ev ala bilmir. Yeri gəlmişkən, ipoteka kreditlərinin məbləği bu il 50 milyon manat qaldırılıb. Vətəndaş əvvəlcə bu məbləğin 15 faizini ödəməlidir. Bundan başqa, kreditin   faizi isə 4%- təşkil edir. Hələ burada  sənətləşmə məsələsi də var ki,  uzun bir mərhələdir. Buna görə də Milli Məclisdə dövlət büdcəsi müzakirə olunanda təklif edəcəyik ki, bu  il şərtlər sadələşdirilsin, ipoteka kreditinin məbləği, 80-100 milyon manata qaldırılsın. Bundan başqa, sosial evlərin verilməsini də təklif edəcəyik. Sosial evlərin mahiyyəti budur ki, dövlət evləri tikir, icarəyə verir. Bu sosial evlərin  şərtləri  çox sadədir. Məsələn, 30-40 ilə ayda 70-100 manat olmaqla, vətəndaş evin plunu ödəyə bilir. İpoteka kreditlərinin ləğv olunması  sosial evlərə üstünlüyün verilməsi isə dövlətdən asılıdır. Hər halda biz bunu müzakirə edəcəyik. Dünyada artıq bu praktika var”.

Xatırladaq ki, ipoteka kreditləri üçün 2012-ci ildə 20 milyon,  2013-də 40 milyon  və bu il isə 50 milyon manat ayrılıb.

Hafta.az

Tarix
18 Oktyabr 2014 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin