Ana səhifə
22 May 2018

Mətbuat Şurasının dəvətilə ölkəmizə reallaşdırılan səfər başa çatıb

Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin səfəri başa çatb. Səfərin sonuncu günündə - aprelin 5-də MŞ tərəfindən qonaqların şərəfinə qəbul təşkil olunub. Bu münasibətlə düzənlənmiş mərasimi Şura sədri Əflatun Amaşov açaraq bildirib ki, media sahəsindəki əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində önəmli yeri tutur. Hər iki ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərləri artıq ənənə halını alıb. Bu səfərlər nəticəsində xalqlarımız bir-birinə daha da yaxınlaşıb. Çünki media birləşdirici faktor rolunu oynayır. Onun ortaq problemlərimizə reaksiya tərzi də günün tələbləri səviyyəsində qurulmalıdır. “Düşünürəm ki, bu səfər nəticəsində türkiyəli həmkarlarmızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq. Nəzərə alaq ki, Türkiyə mediası dünya mediasının tərkib hissəsi kimi əhəmiyyətlidir”, - deyən MŞ sədri səfər çərçivəsində keçirilmiş görüşlərdən də söz açıb.

Azərbaycan Respublikasnın Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü və qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mühüm tribuna kimi dəyərləndirib. O, eyni zamanda diqqəti Türkiyə kütləvi informasiya vasitələrində zaman-zaman yer almış bəzi neqativ meyllərə çəkib və bildirib ki, belə xoşagəlməzliklərin aradan qaldırılması üçün qardaş ölkə ictimaiyyətinə Azərbaycanla bağlı daha çox bilgi verilməsi mütləqdir. C.Feyziyev bu baxımdan Azərbaycanda səfərdə olan jurnalistlərin qələmə alacaqları materialların mühüm əhəmiyyət daşıyacağına inandığını vurğulayıb.

Çıxış edənlərdən Türkiyə Gəzeteçiler Federasiyasının təmsilçiləri Yılmaz Karaca, İbrahim Erdoğan və başqaları Azərbaycana səfərin məhsuldar keçdiyini bildirərək, ölkəmizin yüksək inkişafından məmnunluqlarını dilə gətiriblər. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı çıxışlarında media sahəsindəki əməkdaşlığın müxtəlif tərəflərindən söz açıblar.

Qəbulda Türkiyənin media nümayəndələrinə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim edilib. Həmçinin qardaş ölkədən olan qonaqlara səfər təəssüratlarını əks etdirən foto və video görüntülər, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları “erməni soyqırımı”nın qondarma mahiyyətini isbatlayan faktik materiallar təqdim olunub.

Qeyd edək ki, Türkiyədən təşrif buyurmuş nümayəndə heyətinin tərkibində böyük dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepek də olub.

Tarix
6 Aprel 2015 [14:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin