Ana səhifə
21 Sentyabr 2018

Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülü

Müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilib

 

Rayonda təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanılıb.  Son illər Şəki təhsilinin əldə etdiyi uğurlar danılmazdır. 2014-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd verib, onlardan 682 nəfəri tələbə adını qazanıb. Məzunlardan 135 nəfəri 500-dən, 40 nəfəri isə 600 baldan yuxarı toplayıb. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014- cü il tarixli Sərəncamına əsasən Şəki şəhər 7, 8 və 18 saylı məktəblər “ Ən yaxşı ümumtəhsil məktəbi ” müsabiqəsinin qalibi elan edilib.

Qeyd edək ki, 2013-2014-cü dərs ilində Şəki rayonunun 98 ümumtəhsil məktəbində 22911 şagird təhsil alıb. Tədris ilində 72 şagird respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak edib, onlardan 37 nəfəri qalib adını qazanıb. “İNEPO-Avrasiya” ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında Şəki məktəbliləri bir gümüş medala və 3 sertifikata layiq görülüb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin daha dərindən məqsədi ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərsləri keçirilib, bu dərslərdə bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilib, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla şagirdlərin diqqətinə çatdırılıb.

 Rayon sakinlərinin sağlamlığı da həmişə diqqət mərkəzində olub. Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələri  tərəfindən 2014-cü ildə  əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılıb, sahəsində müəyyən işlər argörülüb. Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaq 2014-ci il fevralın 17-dən mayın 1-dək    respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılıb. Bu məqsədlə Şəki Mərkəzi Rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülüb. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanıb, qrafik müəyyənləşdirilib. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılıb. Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılıb, cədvəl tərtib edilib. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılıb. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak edib və rayon əhalisi dövlət başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayıb. Fevralın 17-dən başlanan və mayın 1-dək davam edən aksiya çərçivəsində indiyədək 90 min nəfərə yaxın tibbi müayinədən keçən sakinin 6307 nəfəir ambulator, 102 nəfəri stasionar müalicəyə cəlb edilib, 42 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilib.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilib. Azərbaycanda səfərdə olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın  prezidenti Qustava Araoz  Şəkinin qonağı olub. İCOMOS-un prezidenti Qustava Araoz Azərbaycanda, o cümlədən onun dilbər güşəsi olan Şəkidə olmağından məmnunluğunu bildirib, ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Dünya Bankı tərəfindən həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın Regional İnkişaf Tədqiqatı” layihəsi çərçivəsində turizmin inkişafı üzrə regional inkişaf tədqiqatının ilkin nəticələrinin və tövsiyələrinin müzakirəsi məqsədilə Şəki şəhərinə səfər edib. Dünya Bankının Davamlı İnkişaf üzrə Sektor və Tapşırıq Qrupunun rəhbəri Əhməd Eyveid və Turizm üzrə məsləhətçi Skot Ueyni Şəkidə olub. Bu bankın maliyyə dəstəyi ilə dünya mədəniyyətinin nadir incisi hesab edilən Şəki Xan Sarayı bərpa olunub, Qala divarları içərisində yerləşən Şəki sənətkarlar evi təmir edilib. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək yeni beşillik layihə isə Şamaxı-Zaqatala dəhlizi üzrə turizm imkanlarının araşdırılması və inkişafını əhatə edir.

Hər il oduğu kimi 2014-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kuboku” uğrunda “Çövkən” milli oyunları keçirilib.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə bir sıra infoturlar təşkil olunub, Şəkinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılıb.

Xalqımızın umummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib. Gənclər və İdman Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan və tarixi bərpa formatında təşkil edilən “Tarixin canlı səhifələri “ adlı gənclər festivalının əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də oynadıqları kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani şəkildə çatdırmaqdan ibarət olub.

Şəki Şəhər İcra Hakimiyyəti və  "Kanal S" Regional Televiziya  Şirkətinin təşkilatçılığı ilə yubiley münasibətilə  keçirilən bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar və şəhər sakinləri  iştirak edib.  Bayram konsertinə “Natiq” Ritm Qrupunun musiqili yürüşü ilə start verilmişdir. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə mayın 10-da  Gül bayramı ilə yekun vurulub. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014-cü il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə  tur –aksiya keçirilib . Ekskursiya turları 3 istiqamətdə – Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə həyata keçirilib. Bir aydan artıq davam edən tur-aksiyanın birinci mərhələsi zamanı Şəkiyə 19 şəhər və rayondan 900 nəfərə yaxın iştirakçı gəlib. Tur-aksiya çərçivəsində məktəblilər şəhərimizin tarixini dərindən öyrənib, son illər Şəkidə görülən işlərlə yaxından tanış olub. Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” mövzusunda konfrans keçirilib. Tədbirdə şuranın idarə heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki və ətraf rayonlarda fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 27-28-də Şəki şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans keçirilib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak ediblə. (ardı var)

Tarix
6 Aprel 2015 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin