Ana səhifə
18 Noyabr 2018

Sarkisyanın böyük təlaşı

Erməni hakimiyyəti gözlənilən hadisələrdən çox qorxur

 

 

Ermənistan polisi etiraz mitinqlərinin potensial iştirakçısı saydığı insanları şöbəyə dəvət edir. Yerli hüquq-mühafizə heyvərələri şöbəyə gələnlərə etiraz aksiyalarına yaxın getməməyi tövsiyyə edirlər, deyirlər ki, orada başınıza hər cür iş gələ bilər. Polisdən deyirlər ki, əsas məsələ ağıllı olmaqdır və heç bir hay-küyə qoşulmamaqdır. Erməni mətbuatı yazır ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan tərəfindən respublika ombudsmanına göndərilmiş məktubda deyilir. "İstərdik ki, dərhal vətəndaşları polisdəki bu cür "profilaktiki" söhbətlərdən qoruyasınız", - deyə məktubda vurğulanır. Deputat həmçinin ölkə hakimiyyətini günahlandırıb və bildirib ki, başda oturanlar etiraz aksiyasına gələnləri işdən çıxarmaqla hədələyirlər. Urixanyan bildirib ki, hakimiyyətdəkilər insanları hətta ağır zəhmətlə əldə etdyi qəpik-quruşdan məhrum etmək istəyir. Yada salaq ki, təxminən bir ay qabaq Ermənistan polisinin başçısı da müxalifətin və mitinq keçirənlərin ünvanına hədələr səsləndirmişdi. O, aşağıdakı sözləri demişdi: "Sizin qızmar payızınıza mənim buzlu duşum var. Əgər bu kömək eləməsə, mən sizə daha qızmar payız təşkil edəcəm". Polis məmurunun bu cür bəyanatı Ermənistanda həyəcan dalğasına səbəb oldu. Oktyabrın 10-a Ermənistanın 4 parlament partiyası ümumi respublika etiraz mtiniqi keçirməyə qərara alıblar. Onların tələblərindən biri ölkə rəhbərliyinin dəyişdirilməsidir. Aydındır ki, hakimiyyətdə olanlar gözlənilən hadisələrdən çox qorxublar. Ona görə də "demokratik" Ermənistan ölkəsində ən sərt tədbirlərə əl atırlar.

Tarix
3 Oktyabr 2014 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin